Cem Yılmaz və Ebru Şallı ayrıldı

Bu yayın ən səs-küylü münasibətini yaşayan Cem Yılmaz və Ebru Şallı münasibəti uzun sürməyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün ayrıldığı iddia olunur.

Yılmaz və Ebrunun ayrılmasının səbəbkarının modelin keçmiş sevgilisi Sinan Akçıl olduğu deyilir. Ayrıldıqdan sonra Şallıya məktublar yazan Sinan Cemi özündən çıxarıb.

Ebrunun isə Yılmazı sevmədiyi, Akçılı qısqandırmaq üçün ondan istifadə etdiyi iddia olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə