Müğənni Sılanı sosial mediadan narahat edən və küçədə getdiyi zaman qolundan zorla tutaraq söhbət etməyə çalışan Melih adlı şəxs həbs edilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, prokurorluğun hazırladığı iddianamədə Sılanın tanımadığı ancaq fanklubunun üzvü olduğunu öyrəndiyi şəxsdən şikayətçi olduğu yazılıb.
49 yaşlı "manyak fanat" ifadəsində Sılanı 2013-cü ildən bəri tanıdığını, onu narahat etmək istəmədiyini, sosial şəbəkədən ona mesajlar yazdığını bildirib. Məhkəmə onun günahlarını sübut etdiyi üçün Melih haqqında "cinsi istismar" və "adamların rahatlığını pozmaq" maddələri ilə 6 aydan 3 ilə qədər həbs cəzası istənilib. Prokurorluq cəzanın artırılması üçün yeni iddianamə hazırlayır. Çünki Melihin Sılaya yaxınlaşmaması haqda məhkəmə əmri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB