Xəbər verdiyimiz kimi müğənni İradə İbrahimovanın oğlunun 1 yaşı tamam olub. SİA-nın məlumatına görə, Türkiyədə yaşayan müğənni vətənə dönüb. O, övladının yaşını ailəsi ilə birgə qeyd edib. Bu barədə ifaçının stilist bacısı Nigar İbrahimova İnistagram hesabında izləyicilərinə məlumat verib. O, ad günündə çəkilmiş şəkli paylaşaraq, "Ali xoş gəldin Bakımıza. 1 yaşın mübarək olsun. Allah sizləri qorusun mənim varlıqlarım. Həmişə yanımda olun! Ali sağlam yaşa, böyük oğlanlardan ol" sözlərini yazıb.
Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzerlə ailəli olan İ.İbrahimovanın Ali adında oğlu və İpek adında qızı var.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB