Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə sosial şəbəkədə hər kəsə təşəkkürünü bildirib. SİA-nın məlumatına görə, o, bu sözləri qeyd edib: "Rejissorluq sənətini, daima kadr arxasında qalmağı böyük həvəslə seçdim. Bu sənət mənə həm həyat məktəbi keçdi, həm də çoxlu dostlar qazandırdı. Sənətçi dostlarım, mənə dəstək olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Heç vaxt üzünü görmədiyim sosial şəbəkə dostlarım, çox sağ olun. Hər kəsə minnətdaram. Kim ki, məni unutmayıb, duaları ilə yanımdadır Allah min əvəzini versin. 19 il kadr arxasında olsam da, sizin sevginiz bu kadrın mərkəzindədir".
Qeyd edək ki, Şahin Zəkizadənin sağalması üçün 100 min manat tələb olunur. Bundan əlavə, +1 qana ehtiyac var. Rejissora yardım üçün hesab nömrəsi də açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB