İrem Derici sevgilisi ilə kameralar önündə FOTOLAR

İrem Derici sevgilisi ilə kameralar önündə FOTOLAR

Müğənni İrem Derici "Rising Star" yarışmasının çəkilişlərindən çıxdıqdan sonra sevgilisi Lider Şahinlə görüşüb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ifaçı daha sonra sevgilisi ilə doğum günü partisinə qatılıb. Jurnalistlər tərəfindən görüntülənən sənətçi onların suallarını da cavablandırıb. O, media mənsublarına məkandan çıxarkən "Sevgilimlə dostumun doğum gününə gəldik" söyləyib. O, jurnalistin "Sevgilinizlə tətilə gedəcəksinizmi? " sualına isə "Bu yaz tətildən bezdik. Daha istirahət etməyi düşünmürük" deyərək cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə