Azərbaycanlı idmançının bahalı avtomobili FOTOLAR

Azərbaycanlı idmançının bahalı avtomobili FOTOLAR

Azərbaycanın məşhur K-1 döyüşçüsü, dünya çempionu Zabit Səmədov bahalı avtomobil alıb. SİA-nın məlumatına görə, bu haqda idmançının maşını aldığı şirkət sosial şəbəkədə yazıb.

Z.Səmədovun yeni avtomobili ilə fotolarını paylaşaraq, bunları qeyd ediblər: "Azərbaycan xalqının fəxri, dünya çempionu Zabit Səmədov bizi seçdi. Şəxsiyyəti ilə bütün ürəkləri fəth edən çempiona "yolların çempionu" ilə ən çətin yolları ram etməsini arzulayırıq".

Qeyd edək ki, idmançımız "Mercedes-Benz G-Class" markalı avtomobil alıb.

Zabit Səmədov eyni zamanda Çeçenistanın prezidenti Ramazan Kadırovla şəxsi dostluq münasibətləri saxlayır.


Bütün xəbərlər Facebook səhifəmizdə