Əməkdar artist Coşqun Rəhimov yenidən əməliyyat olunub. SİA-nın məlumatına görə, bu haqda "Bu şəhərdə" komandasının prodüseri Müşviq Abbasov məlumat verib: "Bu gün Coşqun növbəti (İnşallah sonuncu) əməliyyatı keçirdi. 3 saat davam edən əməliyyat çox uğurlu keçdi, hər şey yaxşıdır. Coşqunun ailə üzvləri, dostları və "Bu şəhərdə" kollektivi, tamaşaçıları adından xəstəxananın bütün kollektivinə, rəhbərliyinə, əməliyyatda olan həkimlərə minnətdarlığımı bildirirəm. Qismət olsun bundan sonra sizin xəstəxanada yox, bizim konsertlərdə görüşək".
Qeyd edək ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimovda qalxanabənzər vəzin xərçəngi xəstəliyi aşkarlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB