Cem Yılmaz yeni sevgilisi haqda xoşagəlməz sözlər dedi FOTO

Cem Yılmaz yeni sevgilisi haqda xoşagəlməz sözlər dedi FOTO

Müğənni Tarkan konsert verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçinin konsertinə aktyor Cem Yılmaz keçmiş həyat yoldaşı Ahu Yağtuyla gedib. Aktyorun eks xanımıyla görünməsi hər kəsi təəccübləndirib. Model Ebru Şallıyla yeni sevgi münasibətinə başlayan aktyor məkan çıxışında jurnalistlərin suallarını cavablandırıb. O, müxbirlərin Ebrunu nəzərdə tutaraq soruşduqları "Son Bodrum tətiliniz necə keçdi" sualına belə cavab verib:"Kiçik şeylərdən xoşbəxt olmağa çalışırıq. Bu yay çox dincələ bilmədim".

Bodrumda E.Şallıyla birgə istirahət edən Yılmazın onun haqqında "Kiçik şeylər" deməsi birmənalı qarşılanmayıb. Medianın fikrincə, Ebru bu sözlərdən inciyib aktyordan ayrıla da bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə