"Yüksek Sosyete"nin komandası axşam yeməyində FOTOLAR

"Yüksek Sosyete"nin komandası axşam yeməyində FOTOLAR

Böyük kütlə tərəfindən maraqla izlənilən "Yüksek Sosyete" serialının aktyorları əldə etdikləri uğuru qeyd etmək üçün restoranların birində bir araya gəliblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, serialın baş rol aktyoru Engin Öztürk, məkan çıxışında "Çətin zamanda gözəl reytinq əldə etdik və bu gün də bunu qeyd edirik" deyib. Öztürk, media nümayəndəsinin "Ayrıldığınız sevgiliniz İdil Fıratla yenidən bir araya gəlmisiniz?" sualına isə cavab verməyib.

Ekran işinin digər baş rol aktrisası Hazar Ergüçlü də jurnalistlərin suallarını cavabsız qoyub. Aktrisa onu gözləyən avtomobilə minərək məkandan uzaqlaşıb.

Gecəyə xanımı Hatice Şendillə qatılan serialın prodüseri Burak Sağyaşar, "Çox yaxşı komanda ilə çalışıram. Ona görə də baxımlı serial çəkə bildik" sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə