Müğənninin toyu oldu FOTOLAR

Xəbər verdiyimiz kimi müğənni Berkay və model Özlem Katipoğlu avqustun 30-da nikah masasına oturmuşdular. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün toyu olub.

Bodrumda otellərdən birində keçirilən gecədə Demet Akalın və həyat yoldaşı Okan Kurt, Fettah Can, Fatih Ürek, Yonca Evcimik, Murat Dalkılıç və həyat yoldaşı Merve Boluğur kimi tanınmışlar iştirak edib.

Bəy və gəlin nişan üzüklərinin əvəzində barmaqlarına döymə etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə