Aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" telekanalında iki verilişə aparıcılıq edəcəyi bəlli olub. SİA-nın məlumatına görə, proqram həftə içi beş gün efirə gedəcək. "Bizə danış" adlı verilişin sosial şəbəkədə rəsmi səhifəsi də yaradılıb. Orada X.Hidayətqızının müğənni həyat yoldaşı Doğuşla fotoları yerləşdirilib və onların birlikdə yeni işə imza atacaqları ortaya çıxıb.
Qeyd edək ki, X.Hidayətqızı "Xəzər" telekanalında eyni zamanda "Səni axtarıram Xoşqədəmlə" verilişinə aparıcılıq edəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB