Arda Turan haqqında gəzən söz-söhbətə son qoydu

Arda Turan haqqında gəzən söz-söhbətə son qoydu

İspaniyanın Barselona futbol komandasında oynayan Arda Turanın keçən ildən bəri eşq yaşadığı Aslıhan Doğandan ayrıldığı iddia olunur. SİA-nın verdiyi xəbərə görə, Arda Turan bu söz-söhbətə sosial şəbəkədə son qoyub. Futbolçu bu sözləri yazıb: "Həyatımda hər şey yerindədir. Heç bir problem yoxdur. Kimsənin həyatında da inşAllah problem olmaz. Mediada özəl həyatımla bağlı çıxan xəbərlər doğru deyil. Xahiş edirəm bu cür məlumatlara inanmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə