Ebru Gündeş "O səs Türkiyə"dən getdi

Ebru Gündeş "O səs Türkiyə"dən getdi

Müğənni Ebru Gündeş "O səs Türkiyə" yarışından ayrılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: "3 ildir böyük bur həzz, həyəcan və xoşbəxtliklə oturduğum "O səs Türkiyə" münsif kürsümdə bu il olmayacağımı böyük kədərlə bildirmək istəyirəm. Həyatda hər kəs başına nə gəlirsə, gəlsin, sağlamlıq problemi olmadığı təqdirdə yaşamağa və işinə davam edər, buna məcburdur. Mən də gücümün çatdığı qədər özüm, ailəm və komandam adına buna çalışıram. "O səs Türkiyə" isə böyük bir komandadır. Mənimlə və ya mənsiz vardırlar. Hər zaman da olacaqlar inşAllah. Ona görə də düşdüyüm bu vəziyyətə görə Acun İlıcalıdan icazə istədim. O, da hər zamankı kimi məni başa düşdü. Acun və "Acun Medya" - TV 8 ailəsi başda olmaqla Hadise, Murad, Gökhan və Hakan hər birinizə minnətdaram. Yaxşı ki, sizləri tanıdım və həyatımdasınız".

Bütün xəbərlər Facebook səhifəmizdə