"Türkiyənin Adriana Liması" ölümlə üzləşdi FOTOLAR

"Türkiyənin Adriana Liması" ölümlə üzləşdi FOTOLAR

"Survivor" yarışması ilə məşhurlaşan və "Türkiyənin Adriana Liması" adlandırılan Fatmagül Fakının başına iş gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulun Cənnət məhəlləsində yaşayan Fatmagülün avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Motosikldə olan şəxslər televiziya ulduzunun avtomobilinə 8-10 dəfə atəş açıblar.

Avtomobili yararsız hala gələn gənc qız böyük sarsıntı keçirdiyini deyib. O, hadisə yerinə gələn polislərə ifadə verib. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə