Aktrisa Fahriye Evcen Türkiyə qəzetlərinin birinə müsahibə verib. SİA-ya həmin müsahibəni ixtisarla təqdim edir:
- Almaniyadan Türkiyəyə gələrək Oya Aydoğanın verilişinə tamaşaçı kimi qatıldınız və kəşf edildiniz. Sonra "Yapraq dökümü"nə çəkilərək tanındınız. 10 ildir şöhrət qazanmısınız. Bu həyatınıza necə təsir etdi?
- Kiçik yaşda ekrana gəlib, diqqət çəkmək möhtəşəm hissdir. Bir tərəfdən öhdəliklərin artır, bir tərəfdən də fərqli olursan. İlk vaxtlarda çox izləyirdim, nəsə öyrənirdim. Bu həyatıma çox təsir etdi.

- Hansı mənada?
- Həm öz, həm də başqalarının hisslərini izləməyi, anlamağı öyrəndim. 30 yaşım var. Bu illəri ən gözəl şəkildə yaşadım. Nə zövqümü, nə də təhslimi ikinci plana atmadım. İşimlə bağlı da çox diqqətli hərəkət etdim, indi də bunu müsbət fərqini yaşayıram. Hər addımımda geridə gözəl işlər qoyuram. Mənim üçün ən önəmlisi də budur. Bununla yanaşı həyatımda varlığıyla məni xoşbəxt edən insan var, bunun əvəzi yoxdur.
.jpg)
- Yeri gəlmişkən, sevgiliniz Burak Özçivit də məşhurdur. Haqqınızda hər gün "Evlənirlər" xəbəri çıxır. Eyni ailəmdə çalışmaq münasibəti qidalandırır, yoxsa mənfi təsir göstərir?
- Qidalandırır. Burak bu məsələdə mənə avantaj verir. Hər məsələdə onun fikrini soruşmağı sevirəm. Qərarlarına və müşahidələrinə çox inanıram.
.jpg)
- Ötən mövsümdən fərqli olaraq efirdə olacaqsınız. Kenan İmirzalıoğlu ilə sizi yeni serialda nə vaxt görəcəyik?
- Yaxın günlərdə televiziya və film sahəsində maraqlı layihələrim olacaq. Film üçün çəkilişlərə başladıq. Bundan başqa işlədiyim iki firmanın simasıyam. Aktrisa kimi bu cür reklam işlərinin mənə xeyir gətirəcəyini düşünürəm. Çünki hər kampaniyada ayrı qadın oluram. Həmin anlar özümü kəşf edirəm.

- Dəblə uyğunlaşırsınız?
- Hissetdiyim kimi geyinməyi sevirəm. Dəbi izləməkdənsə, məni göstərən, yaraşan libaslar alıram. Hər qadının seçdiyi rəng qaradır. Mənim də xoşladığım rəngdir. Qara qısa paltar, dəri gödəkcə və dəri çəkmə qarderobumda mütləq olmalıdır.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB