Aparıcı mərhum xalq artisti haqda nələr dedi?

Aparıcı mərhum xalq artisti haqda nələr dedi?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin ad günüdür. SİA-nın verdiyi xənbərə görə, mərhum sənətkarın xatirəsini həmkarları, sənət insanları, şou-biznes nümayəndələri yad ediblər. Belə ki, onu unutmayan tanınmışlar siyahısına aparıcı Sərxan Kərəmoğlu da qoşulub.

O, üzüntüsünü bu sözlərlə ifadə edib: "Əvəzolunmaz sənətkar atam Yaşar Nuri məkanın cənnət olsun. Ata mənə "Acılar Bitməz" filminin çəkilişində dediyin sonuncu sözlər hələ də qulağımda səslənir. Mənə demişdin ki, "oğlum, Azərbaycanda çox çətin də olsa, ilk türk-azər filminin təməlini qoydun". Mən çox filmlərdə rol aldım, amma mənim bu professional türk-azəri filmim ilk və son olacaq. Bunun üçün də çox sevinirəm. Ata Yaşar, sənin dediyin kimi oldu. Səni heç vaxt unutmayacağıq. Siyavuş Aslan və İlhamə Quliyeva da unudulmayacaqlar. Hər üçünüz məni çox istəyərdiniz, elə mən də sizi. Sizin ruhunuza dualar oxuyuram. Məni hər zaman çox istəmisiniz, amma indi istəməyin nə olar. Əlimdə bir neçə illik işim var (Yaşarsayağı xahiş "Adam OL" filmindən). Allah sizə rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə