Ceki Can “Oskar” mükafatına layiq görüldü FOTO

Ceki Can “Oskar” mükafatına layiq görüldü FOTO

ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyası ilin ilk "Oskar" mükafatını Honq-konqlu aktyor Ceki Cana verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 62 yaşlı aktyor və döyüş ustası mükafata film sahəsində yüksək xidmətlərinə görə layiq görülüb. Bundan başqa 61 milyon dollar gəliri ilə "Forbes"in "ən çox qazanan aktyorlar" siyahısında yer alıb.

Qeyd edək ki, Ceki Can 150-dən çox filmdə çəkilib. Karyerasına 1978-ci ildə "Snake in the Eagle's Shadow" filmi ilə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə