Yeni mövsümə hazırlaşan məşhur "Kərtənkələ" serialında baş rolları oynayacaq aktyorların adı məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, növbəti mövsümdə Sera Akdemirin yerinə "Filinta" serialında oynamış Asena Tuğal, Timur Acarın yerinə isə "Hanım Köylü"də rol almış Ahmet Kayakesen çəkiləcək. Hər iki aktyor serialı çəkən şirkətlə müqaviləni uzatmaq istəməyiblər.
Nəzərinizə çatdıraq ki, mövsüm finalından sonra Sera Akdemir və Timur Acar serialdan ayrılmışdılar.
Qeyd edək ki, "Kərtənkələ"nin yeni mövsümü 17 sentyabrda efirə gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB