Aktyor Kənan İmirzalıoğlunun ailəsində ağır itki üz verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun babası vəfat edib. Bu barədə məlumatı "Best Model" şirkətinin qurucusu Erkan Özerman sosial mediada paylaşıb: "Kənan İmirzalıoğlunun kədərini bölüşür, mərhuma Allahdan rəhmət, ailəsi və sevənlərinə başsağlığı diləyirəm".
Qeyd edək ki, aktyorun babası Ankaranın Bala qəsəbəsinin Üçəm kəndində dəfn edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB