"Rengarenk" serialının baş qəhrəmanlarından birini canlandıran Kaan Taşaner layihədən ayrılır. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Diriliş" serialında 2 mövsüm çəkilən aktyorun canlandırdığı qəhrəman ssenaridə öldükdən sonra "Rengarenk"ə transfer olunmuşdu. Sevgilisi Selin Şekerçi ilə kamera qarşısına keçən Kaanın bu serialdakı rolu da bitir.
S.Şekerci isə seriala davam edəcək. Ekran işinə yeni aktyorun daxil olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB