Almaniyada keçirilən "Daf Bama Music Awards – 2016" mükafatlandırma mərasimində iki türk müğənni mükafat alıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ziynət Sali "Aralıq Dənizi regionunda ən yaxşı qadın sənətçi" və "Ən yaxşı türk pop sənətçi" nominasiyaları üzrə qalib olub.
Murad Boz isə "Türkiyənin ən yaxşı kişi pop sənətçisi" nominasiyası üzrə mükafata layiq görülüb.

Z.Sali mərasimdə çıxış edərək mükafatı türk xalqına hədiyyə etdiyini söyləyib.

Qeyd edək ki, həmin mərasimdə xalq artisti Aygün Kazımova "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB