Flora Kərimova Emin Musəviyə başsağlığı verdi FOTO

Flora Kərimova Emin Musəviyə başsağlığı verdi FOTO

Xalq artisti Flora Kərimova anasını itirən aparıcı, ASAN FM radiosunun rəhbəri Emin Musəviyə başsağlığı verib. SİA-nın verdiyi xəbərə görə, müğənni bunları deyib: "Nə qədər böyük olursan ol, nə qədər hökmran olursan ol Allahın qədəri dəyişilməz, Rəbbimin yazısı qaçılmazdır. Yanına aldığının yeri dünya boyda bir boşluq olar! Bu acını yaşamışam və bu yaşımda belə anasızlığın kədəri boğazımda qəhər düyünüdür. Bu itkinin böyüklüyünün fərqindəyəm deyə sizə təsəlli vermək fikrim yoxdur, çünki təsəllisi yoxdur. Allah axirətini gözəl eləsin, xoşbəxt ana idi ki, sizin kimi layiqli övlad böyütmüşdü. Allah rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə