Müğənni Murat Dalkılıç Bayramında Harbiyədə açıq havada səhnəyə çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı gecəboyu sevənlərinə əyləncəli anlar yaşadıb. O, 3 aydır öyrəndiyi rəqsləri ilə də tamaşaçılar da böyük ovqat yaradıb. Onu 10 rəqqas müşayət edib. Murat Dalkılıç, konsertində yeni albomu "Epik"də yer alan mahnılarını səsləndirib.
Sənətçi konsertdən sonra jurnalistlərə açıqlama verib: "Bu konsertim üçün 6 ay hazırlaşdım. 45 gün rəqs dərsləri öyrəndim. Bəzi günlər 18 saat məşq etdik. Konsert salonunun dekorasiyası üçün də çox əziyyət çəkdik".
Qeyd edək ki, ifaçını dinləmək üçün sevənləri ilə yanaşı Buse Terim, Hande Subaşı, Kadir Doğulu kimi məşhur insanlar da təşrif buyurmuşdu.



.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB