Oktay Zülfüqarovla vida mərasimi keçirildi FOTOLAR - SƏS TV

Oktay Zülfüqarovla vida mərasimi keçirildi FOTOLAR - SƏS TV

Bu gün xalq artisti, bəstəkar Oktay Zülfüqarovla vida mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərhumun yas mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin müavinləri Vaqif Əliyev və Ədalət Vəliyev, ailə üzvləri, sənət adamları iştirak edib.

Mərasimə təşrif buyuranlar bəstəkarın ailə üzvlərinə baş sağlığı verərək, Allahdan rəhmət diləyiblər.

Jurnalistlərə açıqlama verən nazir Əbülfəs Qarayev Oktay Zülfüqarovun dünyasını dəyişməsi Azərbaycan mədəniyyətində ağır itki olduğunu bildirib: "Azərbaycan musiqisinin inkişafında O.Zülfüqarovun xüsusi yeri var. Onun oğlu da bəstəkardır. Bu ənənə davam edir. Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı mahnılar bu gün də səsləndirilir. Onun musiqisi yaşayır, bundan sonra da yaşayacaq".

Nazir mərhum bəstəkarın ailə üzvlərinə baş sağlığı verib və bəstəkara Allahdan rəhmət diləyib.

Daha sonra bəstəkarın cənazəsi alqışlarla mərasim zalından II Fəxri Xiyabana yola salınıb.

Qeyd edək ki, xalq artistinin 3 mərasimi sentyabr ayının 2-də Təzəpir məscidində olacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə