Miri Yusif yenidən konsert verəcək FOTO

Miri Yusif yenidən konsert verəcək FOTO

Müğənni Miri Yusif yenidən sevənlərini sevindirəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı solo konsertinə hazırlaşır. Konsert sentyabr 23-də saat 21:00-da paytaxt klublarından birində baş tutacaq. İfaçı gecədə dinləyicilərinə xoş anlar yaşadacaq. Belə ki, o, konsertində yeni və repertuarında olan mahnılarını səsləndirəcək.

Qeyd edək ki, konsertə biletlərin qiyməti 40-100 manatadəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə