Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə əməkdar artist Aybəniz Haşımova məlumat verib: "Ölkəmizin dəyərli incilərindən olan, uşaqların sevimli nəğmələrinin bəstəkarı, ziyalı insan Oqtay Zülfüqarov dünyasını dəyişdi. Əsl sənətin bir dəyərli yarpağı da düşdü. Bu cür insanların yeri görünür. Çünki onlar tək sənəti ilə deyil, insanlıqları ilə də yaddaşlara həkk olundu. Allah rəhmət eləsin!"
Mədəniyyət və Turizm Nazirliyi nekroloq hazırlayır.
Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB