Məşhur komediya ustası Şahan Gökbakarın çoxseriyalı filmi olan "Recep İvedik"in 5-ci hissəsinin çəkilişlərinə start verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Şahan film üçün avqustun əvvələrində aktyor seçimlərinə başlayıb. Aktyor, 5-ci hissənin də maraqlı alınacağına inanır.
Ş.Gökbakar sosial mediada foto paylaşaraq "Dəyişiklik başlasın. Gəlir" qeydini yazıb.
Qeyd edək ki, "Recep İvedik"in 2008-20014-cü illərdə çəkilən 4 hissəsi kinoteatrlarda ümumilikdə 19 milyon 330 min tamaşaçı izləyib. Ş.Gökbakar bu filmlərdən 164 milyon 480 min lirə (təxminən 89 milyon mmanat) gəlir əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB