Azərbaycanlı dizayner Yeganə Sadıxova müğənni Günay İbrahimli ilə müştərək layihəsini təqdim edib. SİA-nın məlumatına görə, G. İbrahimlinin yeni "Biri var orda" adlı mahnısına çəkilən klipində modelyerin geyimlərindən istifadə edilib. Müğənni ekran işində tam fərqli üç fərqli obrazda görünür.
Qeyd edək ki, G. İbrahimli dizaynerlə 3 il əvvəl də birgə çalışıb. Müğənnin 2013-cü ildə "Yaşıl Teatr"dakı konsertində də geyimlər Yeganə xanıma məxsus olub. Həmin geyimlər hələ də müzakirə mövzusudur.
Klipdən olan fotoların müəllifi fotoqraf Samir Atabəydir.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB