Aygün Kazımovanın Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlndırma mərsimində erməni təxribatının qarşısını alması xəbəri yerli mediada geniş əks səda doğurub. Lakin bəzi sayt Aygün Kazımovanın bu açıqlamasının yalan olduğunu iddia edib.
Məsələ ilə əlaqədar xalq artisti Aygün Kazımova SİA-ya açıqlama verib: "Siruşonun "Sarı gəlin" mahnısını oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun "Sarı gəlin" mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı. Vaxtın az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Daha sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və İdman və Gənclər Nazirliyinin əməkdaşına məlumat verdim. Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı və dərhal mənimlə Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu. Təəssüf ki, bəzi jurnalist vəsiqəsi daşıyan kəslər belə mənasız yazılar dərc edir".
Aygün Kazımova həmçinin Almaniya səhnəsində çıxışdan imtina edəcəyini belə göz önünə alıb:"Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu və mütləq səhnəyə çıxmağımı məsləhət gördü. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər "Sarı gəlin" mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlanmışdı. Amma şükür ki, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı".
A. Kazımova həmçinin mükafat alacaq sənətçilərin hansı mahnı ifa etmələri haqda məlumatın əvvəldən verilmədiyini əlavə etdi:Bəzi sayt yazır ki, ermənilərin tanıtım çarxında "Sarı gəlin" olmayıb. Onlar "Sarı gəlin"i ifa etməyəcəkmiş. Əlbəttə ki, əvvəldən bilinsəydi bunun qarşısı alınardı. Məncə bu, erməni hiyləsi idi. Amma təəssüf ki, yerli mediamızda erməni dəyirmanına su tökən qurumlar da fəaliyyət göstərir. Azərbaycanın tanıtım çarxında mənim "Hayat ona güzel" və "İkinci sen" mahnılarım istifadə olunub. Mən isə "Coffee from Colombia" mahnımı ifa etmişəm. Yəni, tanıtım çarxında müğənnilərin müxtəlif mahnılarından istifadə olunub".
Son olaraq xalq artisti bu işdə dövlət qurumlarımızın təxirəsalınmaz fəaliyyəti üçün onlara minnətdar olduğunu da bildirdi:"Öz adımdan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Berlindəki səfirliyinə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasiminin məşq prosesində Aygün Kazımova erməni təmsilçisi Siruşonun Azərbaycan xalq mahnısı "Sarı gəlin" erməni mahnısı təqdim edib, ifa edəcəyini görüb və bu təxribatın qarşısını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB