Beren Saat 2 aylıq hamilədir FOTOLAR

2 aylıq hamilə olduğu deyilən Beren Saat həyat yoldaşı Kənan Doğulu ilə aktyor Murat Başoğlunun evindəki qonaqlıqdan çıxarkən jurnalistlərin hədəfinə çevrilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa ilk dəfə hamilələyi ilə bağlı sualı cavablandırıb. O, "Hamiləlik necə gedir" sualına "Super" cavabını verərək ana olacağını təsdiqləyib.

Daha sonra isə evinin qarşısında müxbirlərdən narahat olan M.Başoğlu polisləri çağırıb. Lakin polislər ərazinin ictimaiyyətə açıq yer olduğunu deyərək geri qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə