Hadisənin başı bəlalı çimərliyi bağlandı FOTO

Hadisənin başı bəlalı çimərliyi bağlandı FOTO

Hadisə bacısı Hülya Açıkgözün Bodrumda Candan Topdemir və Haluk Şentürklə birlikdə işlətdiyi çimərliyinə möhür vurulub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb plyajda 18 yaşdan kiçiklərə içki satılması olub.

Qeyd edək ki, bir neçə həftə öncə bu çimərlikdə Gülşən və Ozan Çolakoğlunun konserti zamanı silahlı dava düşmüşdü. Daha sonra Yıldız Tilbenin konserti zamanı polis məkana basqın etmişdi. Çox səs-küy edildiyi üçün axşamlar konsert verilməsinə qadağa qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə