34 yaşını qeyd edən Abbas Bağırov FOTOLAR

34 yaşını qeyd edən Abbas Bağırov FOTOLAR

Bu gün əməkdar artist Abbas Bağırovun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, onu bu münasibətlə ailə üzvləri yanaşı sənət dostları da təbrik edib.

Qeyd edək ki, Abbas Bağırov 1982-ci ildə Tovuz şəhərində ziyalı ailəsində anadan olub. Abbas, 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. O, 1998-ci ildə məktəbi bitirib. 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini mənimsəmək üçün müxtəlif sənətkarlardan dərs alıb. Abbas 2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqovla və uşaqlıq dostu, pianoçu Samir Şirinovla birgə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə