Flora Kərimova: "Bu yolla qazandığınız pullar boğazınızdan necə keçir?"
Xalq artisti Flora Kərimova növbəti qalmaqallı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Mənim kiməsə müsahibə vermək fikrim yox idi. Qalmaqallı müsahibəni dərc edən saytın əməkdaşları bir ay mənə zəng edib xahiş etdikdən sonra, axırda onları bağda qəbul etdim. Onlardan xahiş etdim ki, yazını mən oxumamış dərc etməyin. Çünki orda Heydər Əliyevə, iqtidara olan sədaqətsizlikdən söz getmişdi. Heydər Əliyev elə bir insandır ki, istəmirdim onun adı belə cılız olaylarda hallansın. Bu haqda saytın özü də düşünməli idi. Onların nəfisləri reytinq dalınca qaçmaq maraqları hörmətdən üstün gəldi. Məhz bunu düşünüb dedim ki, mən oxumamış yazını dərc etməyin. Ancaq onlar düşünmək marağında deyildilər. Qarnı vicdanından qabağa olan bəzi media işçilərindən soruşuram, bu yollarla qazandığınız pullar boğazınızdan necə keçir? İkiüzlülük, reytinq xətrinə qazanc əldə edib, böhtan yazaraq ailəni dolandırmaq yeganə yoldur?!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB