Aparıcı Həcc ziyarətinə gedənləri tənqid etdi

Aparıcı Həcc ziyarətinə gedənləri tənqid etdi

Aparıcı Sərxan Kərəmoğlu müqəddəs Həcc ziyarətinə gedib, adından istifadə edənləri qınayıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı bu haqda "İnstagram" səhifəsində yazıb: "Bu 1 ayda o qədər insanlıqdan danışıb, 11 qat Həci adını alıb, insanların çörəyi ilə oynayan, özü bir tərəfə, qızını bakirə adı ilə satıb, dəfələrlə dost dediyi insanların çörəyinə bais olan adamları gördüm ki, Allahım sən onları ihlas et... Anlamadığım bir şey var, bu Həcc ziyarətinə gedənlər də bilmir ki, o dünyaya gedəndə heç nəyi özləri ilə aparmayacaqlar. Mənim bir dostum var, amma Həcidir. Neçə illərdir məni Həcc ziyarətinə göndərmək istəyir. Mən isə ziyarətə nə maddi, nə də mənəvi hazır olmadığımı bildirirəm. Çünki borclarım var, uşaqları oxuduram və s. İndi anlayıram ki, yox gedib orda yaxşı çevrə toplamaq və gəlib Bakıda saf, təmiz Həci adından istifadə etmək olar. Biz belə zəmanədə yaşayırıq. Allah sonumuzu xeyir etsin deyirəm, amma məncə elə sondur".

Bütün xəbərlər Facebook səhifəmizdə