Bir ay bundan öncə Amerikada ana olan aparıcı Günel Musəvi qızının şəkilini "İnstagram" səhifəsində yayımlayıb. SİA-nın verdiyi xəbərə görə, o, şəklin altına bu sözləri qeyd edib: "Mən milliyətçi deyiləm, amma öz mədəniyyətimə və köklərimə çox böyük bağlılığım var. Bu səbəbdən, xaricdə yaşadığıma baxmayaraq, düşünmədən yalnız Azərbaycan mədəniyyətindən gələn ismi qızıma verməyə qərar verdim. Çoxlarınız qızımın adını nə olduğunu sorşdunuz. Qızıma ana tərəfdən rəhmətlik nənəmin adını verdim, yəni Sevil. İnşallah adı düşərli olar və nənəm kimi kübar, hörmətli, ağıllı və sevgi dolu biri olar".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB