Xalq artisti Aygün Kazımova sabah "DAF BAMA Music Awards 2016"nın təqdim etdiyi "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatını almaq üçün Avropanın yaxşı səhnələrindən biri olan Barkleykard arenanın səhnəsinə çıxacaq. SİA-nın verdiyi xəbərə görə, mükafatlandırma mərasimində Aygün Kazımova dünya şöhrətli reper Snup Doq ilə birgə ifa etdiyi "Coffee from Colombia" mahnısını ifa edəcək. Aygün Kazımovanı səhnədə Avropanın ən məşhur rəqs qruplarından biri müşaiyət edəcək.
Avqustun 24-dən Almaniyaya gedən A. Kazımova bu günlər ərzində həmin rəqs qrupu ilə mütəmadi məşqlər edib. Səfər çərçivəsində Aygün Kazımovanın ən yaxın sənət dostu, müğənni Rəhim Rəhimli də dəstək üçün Almaniyaya gedib. Bundan başqa Aygün Kazımova bu layihənin prodüserliyini Gürcustnın ən məşhur prodüserlərindən olan Stefani Mqebrişviliyə həvalə edib. Aygün Kazımova ilə birlikdə prodüseri Stefani Mqebrişvili, stilisti Gusik Simonu, dostu Rəhim Rəhimli və bütün komandası Almaniyaya səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB