Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir. SİA-nın verdiyi xəbərə görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 27-28 avqust, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftə "Retro Bakı"nın qonaqları müğənnilər Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaq. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB