Həbsdə olan sənətçi səsləndi

Narkotik maddə istifadə etməkdə günahlandırılan və 6 il 3 ay müddətində azadlıqdan məhrum edilən müğənni Deniz Seki həbsxanadan məktub yazıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda 38 min məhbusun azadlığa çıxması üçün imzalanan əfv sərəncamında adı yer almayan D.Seki məyus olub.

O, məktubda bu sözləri yazıb: "Nə olar səsimi eşidin. 2 ildir ədəbimlə cəzamı çəkirəm. Bəs bu niyə gözə alınmadı? Hardadır haqq-ədalət? Mənimlə bağlı cinayət işinə yenidən baxılması üçün nə qədər cəhd etdim alınmadı. Mənim istəyimi geri çevirənlərin yarısı FETÖ-cü çıxdı və onlar da həbsxanadadırlar. Əlimdən heç nə gəlmir".

Qeyd edək ki, D.Sekinin 2017-ci ildə azadlığa çıxması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə