Müğənni Elnar Xəlilov istirahət mərkəzlərinin birində kameraya tuş gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçı səhnədə çıxışı zamanı duet ortağı Mələyi ailəsi ilə birgə dincələn zaman görüb. O, təsadüfən qarşılaşdığı həmkarını səhnəyə dəvət edərək, birlikdə bir müddət öncə ifa etdikləri "Yağ ey yağış" mahnısını səsləndirməsini xahiş edib. Mələk səsinin nasaz olmasına baxmayaraq, Elnarın sözünü yerə salmayıb və bəstəni birgə oxuyublar.
Qeyd edək ki, onların çıxışı alqışlarla qarşılanıb.
Həmin an lentə alınan videonu təqdim edirik:




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB