Şou-biznesin üç məşhur xanımı haqqında gizli məqamlar açıldı

Şou-biznesin üç məşhur xanımı haqqında gizli məqamlar açıldı

Prodüser Tolik yenidən qalmaqallı açıqlaması ilə gündəmi zəbt edib. SİA-nın verdiyi xəbərə görə, o, bir müddət öncə yaxın rəfiqə, indi isə küsülü olan Natəvan Həbibi və Oksana Rəsulova ilə bağlı gizli qalan məqamları açıqlayıb: "Oksana Rəsulova və Natavan Həbibi illərlə yaxın rəfiqə idilər. Mənim Natavanla iki il ərzində davalarımda Oksana hər zaman öz rəfiqəsinin tərəfini saxlayaraq, mənlə münasibətləri pozdu. Bu normal haldır. Amma Natavanla mən barışanda bunu Oksana qəbul etmədi. Bu gün mən Oksana ilə danışıram, bu yaxınlarda mənə onu reklama çəkmək istədiklərini dedilər. Mən də Oksanaya zəng vurub, onu onlarla görüşdürdüm. İndi Oksana Natavanla danışmır, bu onların işidir. Bəziləri boş-boş danışmasın ki, Oksana Natavanın acığına Aygünlə barışıb. Oksana heç vaxt Aygün Kazımova ilə Natavandan yaxın rəfiqə ola bilməz. Aygün Kazımovanın belə reklama ehtiyacı yoxdur. Bir konsertdə çıxış etmək (Oksana pulunu alıb, Rəhim Rəhimli ilə bir mahnı oynayıb) çox şey demək deyil. Bəlkə Rəhimin yeni iddiasıdır: konsertdən qabaq gündəm. Yenə də inanmıram. Nəyin nə olduğunu yaxşı bilirəm. Bu şou-biznesdə kimlərinsə hesabına konsertlər verib, sonra onun düşmənləri ilə rəfiqə olanlar gördük. Siz bilməsəniz də, mən bunların ağını da, qarasını da bilirəm. Sözü olan nömrəmi bilir, mənə yığa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə