Rusiyanın əməkdar artisti Qriqori Lepes Bakıda konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, noyabrın 19-na planlaşdırılan konsert Heydər Əliyev Sarayında baş tutacaq. Q.Lepesin konserti "The Best" adlanır. Müğənni konsert zamanı repertuarında olan sevilən bəstələri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB