Türkiyə kanalında daha bir serialın yayımının dayandırılmasına qərar verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Şahane Damat" serialı 8-ci seriyada final edəcək. Serialın baş rollarını Burcu Özberk, Ali Ersan Duru, Nükhet Duru və Erhan Yazıcıoğlunun paylaşdığı serial gözləntiləri doğrultmayıb. Kanal rəhbərliyi kifayət qədər reytinq qazana bilməyən serialın çəkilişlərinin dayandırılmasını qərara alıb.
Qeyd edək ki, yeni mövsüm öncəsi bir neçə kanal böyük izləyici kütləsi toplaya bilməyən serialların yayımını dayandırmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB