Samiraldo: "Kamilin sözləri mənim üçün önəmli deyil" FOTO

Samiraldo: "Kamilin sözləri mənim üçün önəmli deyil" FOTO

Müğənni Gülay Zeynallının həyat yoldaşı, məşqçi Kamil Zeynallı sosial şəbəkədə qalmaqallı paylaşım edib. SİA-nın verdiyi xəbərə görə, məşqçi onun stilist Samir Əliyevlə (Samiraldo) ilə birgə fotosunu səhifələrdə paylaşan şəxslərə sərt bir şəkildə müraciət edib:"Əgər bu şəkli hansısa səhifədə görsəm, həmin səhifənin yiyəsi, admini məndən inciməsin. Onun nəslini, var-yoxunu cərgəyə düzəcəm. Şəkildə başqa adam olsa, yəni normal insan, adamı yandırmaz, gör məni kimlə yan-yana düzəldiblər".

Kamilin bu sözlərinə qarşı tərəfdən cavab gəlib. Samiraldo onu təhqir edən idmançıya bu sözləri ünvanlayıb: "Kamil Zeynallı mənim üçün heç vaxt idmançı olmayıb. Əsl idmançı Azərbaycanın bayrağını bütün dünyada tanıtdırandır. Kamil ancaq onun-bunun bədəninə əl vurmaqla məşğuldur. Onu da qeyd edim ki, mənim o insana pisliyim dəyməyib. Amma o məni təhqir etdi. K.Zeynallının sözləri mənim üçün önəmli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə