Ötən ay Amerikada qız anası olan azərbaycanlı teleaparıcı Günel Musəvi gileylənib. SİA-nın verdiyi xəbərə görə, aparıcı "İnstagram"da övladı ilə fotosunu paylaşaraq bunları qeyd edib: "Amerika böyük ölkədir. Bəxtim elə gətirdi ki, qızım Amerikada dünyaya göz açdı və mənim övladımım, anasından fərqli olaraq, vətəni buradır. Buna baxmayaraq mən, anası olaraq, kökünün hardan gəldiyini və oranın adət-ənənələri barədə məlumat verib, öyrətmək niyyətindəyəm. Qızım doğulan gündən onunla Azərbaycan dilində danışıram. Hələ hamiləykən Bakıdan onlarca milli nağıllar kitabları gətizdirmişdim. Bu nağılları ona artıq 3 ayı olar-olmaz oxumağa başlayacam. Düşünürəm ki, bir azərbaycanlı kimi öz ana dilimi, mədəniyyətimi və adətlərimi qızıma aşılamaq bir milləyətçi olaraq borcumdur. Amerikada bir çox Azərbaycan ailələrini tanıyıram. Demək olar ki, hamısının evində uşaq böyüyür. Fikir vermişəm ki, çoxu uşaqları ilə ingilis dilində danışır. Bu fakt çox üzücüdür. Baxıram ki, digər millətlər istər türk, rus, çinli, meksikanlı hamısı evdə ailə içində balaları ilə öz ana dillərində danışırlar. Çünki öz dillərinə, millətinə, köklərinə, mədəniyyətlərinə hörmət edirlər. Bu da çox təqdirə layiqdir. Bizimkilər isə sanki öz köklərini Amerikada danmaq istəyirlər. Elə bil öz dillərindən utanırlar, dərhal amerikanlar kimi olmaq istəyirlər. Halbuki, amerikanlı olub azərbaycanlı qalmaq da mümkündür. Bir də ki, ingilis dili artıq çoxdan dünya dili olub, dünyanın ən asan dili hesab oluna bilər. Artıq gənclərin çoxu, yaşadıqları ölkədən asılı olmayaraq ingilis dilində sərbəst oxuyub, danışa bilirlər. Yəni bu dili bilmək sensasiya deyil. Amma xaricdə yaşayıb öz ana dilini qoruyub saxlamaq və yeni nəsilə öyrətmək çox alqışlana bilər".
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB