Çağatay Ulusoy serial çəkilişlərinə start verdi FOTO

Çağatay Ulusoy serial çəkilişlərinə start verdi FOTO

"İçəridə" serialının çəkilişlərinə start verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ekran işində baş rollarını Çağatay Ulusoy və Bensu Soral yer alıb. Bu barədə B.Soral sosial mediada yazıb: "25 yaşlı aktrisa çəkilişlərin birinci günündə ilk təbrikin sevgilisi Hakan Başdan gəldiyini bildirib. Hakan sevgilisinə böyük bir gül buketi yollayıb. Aktrisa hədiyyəyə görə əhvalının daha xoş olduğunu və çəkilişlərdə həvəslə iştirak etdiyini deyib.

Qeyd edək ki, serialda Ç.Ulusoy Polis Akademiyasını 1-ci bitirən "Sarp Yılmaz"ı canlandıracaq. "Sarp" cinayətkarların güvənini qazanmaq üçün şöbə müdiri ilə razılaşma əsasında könüllü olaraq həbsə girir.

B.Soral isə "Sarpı" müdəfiə edəcək "Mələk" adlı vəkil rolunu oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə