Omar Bakıda konsert verəcək

Amerikanın məşhur caz ifaçısı Omar Hakim Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, oktyabrın 26-nə planlaşdırılan konsert Heydər Əliyev Sarayında baş tutacaq.

Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə gənc ifaçı öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə