Xəbər verdiyimiz kimi məşhur aparıcı Acun Ilıcalı 19 illik həyat yoldaşı Zeynep Ilıcalıdan boşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, Zeynepdən ayrıldıqdan sonra sevgilisi Şeyma Subaşı ilə tez-tez görüntülənir. Bir neçə həftədir birlikdə istirahət edən cütlük İstanbula dönüb və romantik bir yemək yeyib. Bu romantik yeməyin ardından Subaşı "İnstagram"da hər kəsi təəccübləndirəcək foto paylaşıb. Belə ki, o, barmağındakı üzüyü göstərərək "Anlayan anladı" yazıb.
Qeyd edək ki, cütlüyün tezliklə evlənəcəyi deyilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB