Əməkdar artist Röya küsülü olduğu prodüser Toliklə bir araya gəlib.
Məclislərdən birində rastlaşan tərəflər illər sonra ilk dəfə birgə foto çəkdiriblər. Tolik sosial şəbəkədə həmin şəkli paylaşaraq yazıb:
"Biz illərlə bir yerdə çalışmışıq. Düzdür, aramızda inciklikliklər olub, illərlə danışmamışıq, amma hər zaman ürəyimdə Röya sevgim olub. Bu gün biz danışırıqsa, bu, içdən gələn, səmimi bir münasibətdir. Allaha çox şükür, işlədiyim müğənnilərlə ruzim də var, işlərim də yaxşıdır. Allah hamının işini avand eləsin və hər zaman mehribanlıq olsun".
axşam.az

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB