Azəri Günel: “Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm” FOTO

Azəri Günel: “Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm” FOTO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova yeni işindən danışıb.

SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ifaçı şəxsi həyatından danışıb. Deyib ki, yalnız bir dəfə ailə quracaq.

"Özüm üçün nişan üzüyü eskizi hazırlamışam. Hazır olanda onu taxacağam və bir daha barmağımdan çıxarmayacağam. Azərbaycanda bir dəfə evlənirlər. Mən də bir dəfə evlənmək, onunla eyni yastığa baş qoyub, onunla qocalmaq istəyirəm" – deyə o, qeyd edib.

Qeyd edək ki, G.Zeynalova Cem Ozan Torunlar adlı iş adamı ilə sevgilidir. İfaçı pizza evini də onunla birlikdə açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə