"Türkiyədə mənə Kim Kardaşyanam kimi davranırlar" FOTO

"Türkiyədə mənə Kim Kardaşyanam kimi davranırlar" FOTO

Son günlər cəsarətli fotoları ilə gündəmdən düşməyən Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə İstanbulun Nişantası bölgəsində media nümayəndələri ilə qarşılaşıb.

SİA-nın türk mətbuatına istinadən məlumatına görə, aktrisa paylaşdığı açıq-saçıq şəkillərlə bağlı suallara əsəbi cavab verib: "On ildir bu işi edirəm. Üst-üsdə qoyanda, boyumdan böyük mükafatlarım var. On filmdə rol almışam. Bir ildir "İnstagram"da fəal olmuşam. İndi insanlar məni "İnstaqram ulduzu" kimi tanıyırlar. Yeni nəsil deyəsən məni tanımır. İki dəfə "Altın portağal" mükafatı almış bir aktrisayam.
Türkiyədə mənə Kim Kardaşyanam kimi davranırlar. Halbuki çox dəyərli bir aktrisayam. Mənim üçün sosial media əyləncə vasitəsidir. Eyni zamanda sosial şəbəkədə aktrisalığımı, mükafatlarımı, karyeramı danışmaq məcburiyyətində deyiləm. Çünki bunları film izləməyə gedən insanlar bilir".

Nəsrin sellülitli fotosuna da münasibət bildirib: "Ciddi idmanla məşğul olan biriyəm. Çox sellülitim yoxdur. İstirahət günlərində anamın yanında qaldım, bir az kökəldim. İnsanlar məni bu cür daha cazibədar gördüklərini deyirlər. Ona görə də bu artıq çəkilərdən xilas olmağa çalışmıram. Köhnə şəkillərimə baxanda, xoşum gəlmir. Bu halımla çox xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə